Xəbər lenti

Saç düzümünüz sizin haqqınızda nə deyir?
Ölkə10:05 16.03.2016

Saç düzümünüz sizin haqqınızda nə deyir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Psixoloqlar hesab edir ki, insanın zahiri görkəmi onun haqqında çox şey deyə bilər. Bura saç düzümü də daxildir.

Bu yazıda hansı saç düzümünün nə ifadə etdiyindən bəhs edilib.

1. Siz romantik insan kimi yeni bilik və təəssüratlara həmişə hazırsınız. İnsanlarda yalnız müsbət tərəflər axtarırsınız, ona görə də, ətrafdakılar sizi tez-tez məyus edir.

прическа

2. Özünə inamlı qadınsınız, sizi hətta ən sərt tənqidlər də kompleksə salmır. Hər kəslə dostluq etməyə möhtac deyilsiniz, amma hamı sizi ən sadiq dost kimi tanıyır. Öz enerjinizlə ətrafdakıları coşdurmaqdan yorulmayın.

прическа

3. Zahirən elə görünür ki, çox məğrursunuz. Bu səbəbsiz deyil. Çünki cansıxıcı söhbətlərə məhəl qoymadan bütün məqsədlərə çatmağa can atırsınız. Siz hər şeyi özünüz  qazanmağa vərdiş etmisiniz, başqalarının yardımına ehtiyacınız yoxdur.  

прическа

4. Yad insanlar üçün siz bir qədər kobud insan təsiri bağışlasanız da, doğmalarınız üçün çox səmimi insansınız. Siz daim düzlük və ədalət uğrunda mübarizə aparırsınız.

прическа

5. Sizin zəngin daxili dünyanız yaradıcılıq eşqi ilə aşıb-daşır. Darıxdırıcı iş sizlik deyil. Siz yalnız incəsənətlə nəfəs alırsınız.

прическа

6. Dürüstlüyünüz sizə  çox zaman mane olur.  Buna baxmayaraq, tanımadığınız insanlara yardım etməyə həmişə hazırsınız.

прическа

7. Siz yaxşı dinləyici və müşahidəçisiniz. Hər bir xırda detala diqqət edirsiniz. Bu da ictimai lider olmağınıza kömək edir.

прическа

8. Çoxları sizin kimi sakit və mülayim insanın çox az olduğunu düşünür.  

прическа

9. Nizam-intizama çox diqqət edirsiniz, eyni zamanda da, ciddi və məsuliyyətli insansınız.

прическа

10. Siz yaradıcı, intellektual və estet xanımsınız. Zövqsüzlüyə dözümsüzsünüz, ətrafınıza da özünüzə oxşayanları toplamağa çalışırsınız.

прическа

11. Fikir vermisinizsə, insanlar tez-tez  ürəyini sizə  açır. Sakit, tərbiyəli və məsum qıza kim etibar etməz ki?

прическа

12. Siz mütəşəkkil və müstəqilsiniz. Hər şeyin dəqiq və qaydasında olmasını istəyirsiniz. Bundan başqa, hər şeydə dəqiqliyi və sadəliyi qiymətləndirirsiniz.

прическа

13. Siz təbiətən nikbinsiniz! Hər dəqiqəni qiymətləndirir və heç bir anı boşuna yaşamırsınız. Güclü insansınız, sizi incitmək asan deyil.

прическа

14. Hər bir işdə əlverişli çıxış yolu axtarırsınız. Başqalarının həyatı sizə qətiyyən maraqlı deyil.

прическа

15. Siz yaradıcılığı və fikrə dalmağı sevsəniz də, bu, işlərinizə mane olmur.

прическа

16. Siz sakit, bəzən hətta soyuqqanlı olursunuz. Belə mərd xarakterli insana yalnız həsəd aparmaq olar!

прическа

17. Çox qətiyyətli xarakterə və heyrətamiz bacarığa maliksiniz. Qarşınıza qoyduğunuz məqsədlərə daim nail olursunuz.//qadin.az

прическа

Qaynar.info