Xəbər lenti

Sadıq Sadıqova yeni vəzifə verildi
Ölkə19:02 31.03.2015

Sadıq Sadıqova yeni vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Neftçi”nin prezidenti postundan uzaqlaşdırılan Sadıq Sadıqovun yeni vəzifəsi müəyyənləşib. Fanat.az xəbər verir ki, o, bundan sonra da klubda fəaliyyət göstərəcək.

Belə ki, Müşahidə Şurasının üzvləri sırasında yer alacaq Sadıqov həm də “Neftçi” İdman Klubu İctimai Birliyinin İdarəetmə Aparatının rəhbəri təyin edilib.

Eyni zamanda, Müşahidə Şurasının üzvlərinin haradan seçilmələrinə də aydınlıq gəlib. Sadıqov, həmçinin Zaur Qəhrəmanov və Cəbrayıl Cəbrayılov Müşahidə Şurasına “Neftçi” İdman Klubu İctimai Birliyindən seçilib. Digər 4 üzv - Bəhram Bağırzadə, Mübariz Zeynalov, Səməd Qurbanov və Şuraya rəhbərlik edəcək Çingiz Abdullayev isə burada “Neftçi” PFK-nı təmsil edəcək.

Qaynar.info