
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib
Qaynarinfo.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, qanlı olay Yeni Həyat kəndində qeydə alınıb. 16 yaşlı məktəbli Ceyhun Məmmədov təhsil aldığı məktəbin yaxınlığında 11-ci sinif şagirdi tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.
Yeniyetmə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır. İlkin ehtimala görə, bıçaqlanma hadisəsini törədən məktəbli məktəbə avtomobillə gəlib. 16 yaşlı yeniyetmədən maşını park etmək istədiyi ərazidən çəkilməsini istəyib. İstəyinə rədd cavabı aldıqda isə onun sağlamlığına qəsd edib.
Bıçaqlanma hadisəsini törədən şəxsin axtarışları aparılır.
Qaynarinfo.Az