Xəbər lenti

Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır
Ölkə11:58 11.09.2020

Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
11 sentyabr saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemində yay dövrü üçün şagird yerdəyişməsi prosesi dayandırılır.
Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, səbəb siniflərin komplektləşdirilməsinin təmin edilməsi ilə bağlıdır.
Portalda mövcud sorğuların tamamlanması prosesi 15 sentyabr saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərinin əvvəl oxuduğu məktəbdən götürərək yerdəyişmə etdikləri məktəbə təqdim olunmasını təmin etməlidirlər.
Yerdəyişmə portalının oktyabrın ilk həftəsində yenidən açılması planlaşdırılır.