Xəbər lenti

Şahbaz Xuduoğlu vergi məmurlarına üsyan etdi
Ölkə06:50 06.03.2014

Şahbaz Xuduoğlu vergi məmurlarına üsyan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sizin gözünüzü pul tutub. Siz bütün dəyərlərə tüpürürsüz"

Məlum olduğu kimi, Vergilər Nazirliyi "Qanun" nəşriyyatına qarşı 150 min manatlıq cərimə sanksiyası tətbiq edib və bu azmış kimi, nəşriyyatla əməkdaşlıq edən yazıçı, tərcüməçi, redaktorları, hətta mətnlərdə qrammatik səhvləri düzəldən korrektorları istintaqa cəlb edərək sorğu-sual edir.

Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu bu duruma etiraz olaraq istər peşəkar mediada, istərsə də sosial şəbəkələrdə düşüncələrini yayır. Ş.Xuduoğlunun öz "Feysbuk" səhifəsində yazdığı sonuncu qeydlər aşağıdakı kimidir:

"İstintaqda bu gün daha 3 ziyalı dindiriləcək. “Qobustan” jurnalının baş redaktoru, yazıçı-tərcüməçi Vaqif Əlixanlı, yazıçı Azər Abdulla, şair -tərcüməçi Aysel Əlizadə, tərcüməçi Hökumə Həbibova 

Qanun nəşrlər evinə kəsilən 150 min çəriməni almaq üçün bu ziyalıları vergi istintaqına çağırıb istintaq edirlər. 

Vergilər bundan xacalət çəkmir, ayıb deyil?!" 

Daha sonra o, Vergilər Nazirliyinin səlahiyyətlilərinə xitab edir:

"Siz sosial şəbəkələrdə saatlarının şəkillərin paylaşan o nazir övladlarına deyə bilərsinizmi gəl onun hesabatını ver? Yox, deyə biməzsiz! O saatların hər birisinin dəyəri 150 mindən çoxdur. Bunu siz hər kəsdən yaxşı bilirsiz. Yox deyə bilməzsiz. Siz onlardan qorxursuz. 

Amma, siz həyatını kitaba həsr edən insanları əzirsiz. Onları alçaldırsız. Onlara mənəvi işgəncə verirsiz. Onlarla məzələnirsiz. 

Siz o təyyarə tipli maşınlarının şəkillərini yayan nazir ovladından soruşdunuzmu bu maşınlar hansı pula alınıb? Yox, soruşmadınız. Qorxursunuz! 

Amma siz sadəcə oxucuların ümidinə nəfəs alan bir nəşriyyatı batırırsız. Ondan qorxmursuz. 

Sizin gözünüzü pul tutub. Siz bütün dəyərlərə tüpürürsüz. 70 yaşlı yazıçıya demək olarmı “sən bunu tərcümə etdinmi?”, “sən bu təcüməyə görə 50 manat aldınmı? 

Siz o saatların, maşınlaın dəyərini yaxşı bildiyiniz halda onlara göz yumursuz. Çünki o zənginliyə gözünüz öyrənib. 

Amma kitab sizdə ikrah, qıcıq doğurur. Kitab sizin üçün mənasızdır. Kitab sizin üçün yoxdur!"

Musavat.com