Xəbər lenti

Sahibə Qafarova Düşənbənin tarixi məkanları ilə tanış oldu
Ölkə19:25 12.09.2022

Sahibə Qafarova Düşənbənin tarixi məkanları ilə tanış oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Tacikistana rəsmi səfəri çərçivəsində Düşənbə şəhərində bir sıra tarixi-mədəni məkanlarla tanış olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, nümayəndə heyətinin üzvləri əvvəlcə "Koxi Navruz" kompleksinə baş çəkib. Məlumat verilib ki, 12 böyük zaldan ibarət olan kompleks mərasim və tədbirlər üçün nəzərdə tutulub. Qonaqlar kompleksin ekspozisiyası və zallarına baxıblar.
Sonra parlament nümayəndə heyəti Tacikistan Milli Muzeyinə gəlib, burada tacik xalqının qədim tarixi, mədəniyyəti haqqında eksponatlarla tanış olublar.