Xəbər lenti

Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı hökumətə tapşırıq verildi
Ölkə18:53 17.03.2021

Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı hökumətə tapşırıq verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanununun tətbiqi haqqında Fərman verib.
Qaynarinfo xəbər verir ki, Fərmanla "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, sahibkarların maraqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini 8 (səkkiz) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
- "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
Bu Fərman 2021-ci il yanvarın 1-dən tətbiq edilir.