
Əvəz Zeynallının xanımı Məlahət Zeynalovanın “Media forum” saytına bildirdiyinə görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçiriləcək prosesə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev, hüquqşünas Ələsgər Məmmədli, “Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və qəzetin hüquqşünası Vaqif Hüseyn şahid qismində dəvət edilib.
Əvəz Zeynallı apellyasiya instansiyasına Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan şikayət edib.
Mətbuat Şurası 2011-ci ildə “Xural”ı “reket qəzet” elan edib və qəzetin adını “qara siyahı”ya salıb. Əvəz Zeynallı şuranın bu qərarının qanunsuz hesab olunması, Mətbuat Şurasının səlahiyyətlərini aşmaqda təqsirli bilinərək xüsusi qərardad çıxarılması üçün Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. İddia təmin olunmayıb.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynar.info