
Bakının az qala atributuna çevrilən Bülbül prospektinin “Sahil” metro-stansiyasının qarşısından keçən hissəsi, dənizkənarı bulvar istiqamtində yol tamamilə bağlanıb.
Axar.az xəbər verir ki, artıq bir neçə gündür ki, nəqliyyat alternativ yollardan istifadə edir.
Metronun qabağında “Azərsu” ASC-nin əməkdaşları su xətlərini yeniləyir, təmir-bərpa işləri həyata keçirir.
Şəhərin ən abad yerlərindən olan bu məkan hazırda toz-torpaq, palçıq içindədir.
Təmirin neçə günə yekunlaşacağı barədə məlumat verilmir.
Qaynar.info




