Xəbər lenti

“Şahin” hərbi idman oyunlarının Nəsimi rayon birinciliyi keçirilib - FOTOLAR
Ölkə12:46 29.04.2016

“Şahin” hərbi idman oyunlarının Nəsimi rayon birinciliyi keçirilib - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
54 saylı tam orta məktəbdə “Şahin” hərbi idman oyunlarının Nəsimi rayonu üzrə final mərhələsi keçirilib. Qaynarinfo.az xəbər verir ki, yarışlarda rayonunun 24 orta ümumtəhsil məktəbinin 350-yə yaxın şagirdi iştirak edib. Tədbir iştirakçıları ilk öncə aprel ayının əvvəllərində düşmən təxribatının qarşısını alarkən şəhid olanların xatirəsini yad edib. 
"Şahin" hərbi idman oyunlarında əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyyəsinə diqqət və qayğının daha da artırılması həmçinin məktəb şagirdlərinin ordu sıralarında xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, son vaxtlar erməni işğalçıları ilə gedən şiddətli döyüşlərdə zabit və əgərlərimizin şücaət göstərərək düşmənə layiqli cavab verməsi, bəzi strateji əhəmiyyətli yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsi, yeniyetmə və gənclərimizdə vətənpərvərlik hisslərinin gücləndirilməsində bu oyunların vacibliyini bir daha sübut edir: 
"Bu gün ölkədə aparılan islahatlar idman sahəsində də özünü göstərir. Belə ki, son illərdə idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda əldə etdikləri uğurlar, qazanılan nəticələr onu deməyə əsas verir ki, bu gün məhz bu sahə dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycan  gəncləri ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşiblər".
Daha sonra Nəsimi rayonu üzrə 24 məktəbin 350 şagirdi arasında keçirilən hərbi yarışa start verilib. Əvvəlcə komandalar təntənəli marşla və musiqi ilə tribuna önündən keçib. Komandalar “Sıra hazırlığı” da daxil olmaqla 8 mərhələ üzrə öz güclərini sınayıb. Hakimlər heyətinin qərarına əsasən I yerə 23 saylı məktəbin  komandası, II yerə Bakı Atatürk liseyinin  komandası, III yerə isə 54 saylı məktəbin komandası layiq görülüb.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nəsimi rayon məktəblərinin direktorları iştirak edib.
Qaynarinfo.az