Xəbər lenti

Şahin Novruzlu universitetə bərpa olundu
Ölkə12:46 28.10.2014

Şahin Novruzlu universitetə bərpa olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan “Nida”çı fəal Şahin Novruzlu Odlar Yurdu Universitetinə bərpa olunub. 

Şahin Novruzlunun bacısı Natəvan Novruzlu “Media forum” saytına bildirib ki, qardaşı təhsilini 1-ci kursdan davam etdirir. 19 yaşlı Şahin Novruzlu 2013-cü ilin yazında 7 “Nida”çı gənclə tutulmuş və 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Şahin Novruzlu azadlığa çıxmazdan bir neçə gün qabaq – oktyabrın 14-də onun 53 yaşlı atası İbrahim Novruzlu ürək tutmasından vəfat edib.

Qaynar.info