Xəbər lenti

Şahin Zəkizadə ilə vida: göz yaşları selə döndü - FOTOLAR
Ölkə10:40 17.02.2017

Şahin Zəkizadə ilə vida: göz yaşları selə döndü - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qan xərçəngi xəstəliyindən vəfat edən rejissor Şahin Zəkizadə bu gün vida mərasimi keçirilib. Qaynarinfo.Az istipress-ə istinadən xəbər verir ki, 37 yaşında dünyasını dəyişən rejissorun yas mərasimi Yeni Yasamaldakı evində baş tutub. 
Mərasimdə Ş. Zəkizadənin dostları, ailə üzvləri, həmkarları və media nümayəndələri iştirak edib.
“Parni iz Baku”nun əfsanəvi siması Bəhram Bağırzadə Şahinlə birgə iş birliyindən danışaraq başsağlığı verib: "Şahini yaxşı tanıyırdım. Haqq dünyasını qovuşdu. Birgə layihələrimiz olub. Filmlərdə, reklamlarda çəkib məni. Allah rəhmət eləsin" deyib. Şahin Zəkizadə 6 aydır ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı. Qeyd edək ki, rejissor Maştağa kəndində dəfn olunacaq. 
Qaynarinfo.Az