Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin vəfat etməsi xəbəri yayılıb.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə rejissorun xanımı Səbinə Zəkizadə “Qafqazinfo”ya açıqlamasında bildirmişdi. Lakin xəbər dərc olunduqdan sonra
Səbinə xanım “qafqazinfo”ilə ikinci dəfə əlaqə saxlayaraq yanlış məlumat verdiyini bildirib. O, qeyd edib ki, bu məlumatı yayandan sonra həkimlər bildirib ki, Şahin hələ yaşayır.
"Bir neçə gün əvvəl komaya düşən tanınmış rejissor Şahin Zəkizadənin vəziyyəti ağırdır". Bu sözləri isə Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasının Baş həkimi Adil Nuriyev ASAN Radioya açıqlamasında deyib.
"Şahin Zəkizadə sağdır, amma vəziyyəti çox ağırdır". Bu sözləri də aznews.az-a açıqlamasında rejissorun həkimi Emil Qasımov bildirib.
Uzun müddətdir ki, qan xərçəngindən əziyyət çəkən Şahin Zəkizadənin həkiminin sözlərinə görə, rejissorun vəziyyəti ötən günlərə nisbətən daha da ağırlaşıb: "Bütün gücümüzlə onu həyatda saxlamağa çalışırıq, amma ümid Allahadır."
***
Şahin Zəkizadənin xalası oğlu Aqil Adiloğlu APA-ya açıqlamasında rejissorun vəfatını təsdiqləyib. O, bildirib ki, Ş. Zəkizadə sabah Maştağada yerləşən “Seyidlər” qəbiristanlığında dəfn olunacaq.
Qaynarinfo.Az