İdman 17:17 17.02.2022

Şahmatçımız Budapeştdə üçüncü oldu

Macarıstanın paytaxtı Budapeştdə beynəlxalq qrosmeyster və beynəlxalq usta norma qruplarında şahmat turniri keçirilib.

Qaynarinfo xəbər verir ki, beynəlxalq usta normalı turnirdə iştirak edən "Təhsil” Respublika İdman Mərkəzinin (RİM) 3 nömrəli RİOEUGİŞM-in yetirməsi Ümid Aslanov yarışda üçüncü yeri tutub. Belə ki, 10 titullu şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilən yarışda Ü.Aslanov 9 oyundan 5 xal toplayıb və beynəlxalq reytinqini 60 vahid artırıb.

Qrosmeyster normalı turnirdə çıxış edən "Təhsil” RİM-in 3 nömrəli RİOEUGİŞM-in yetirməsi Kənan Qarayev isə 9 oyundan 3,5 xalla turniri 7-ci pillədə başa vurub.
 
Səbuhi Həsənov