Xəbər lenti

Şahnaz Haşımova vəzifəsindən uzaqlaşdırıldı
Ölkə10:33 16.02.2017

Şahnaz Haşımova vəzifəsindən uzaqlaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru dəyişdirilib.

Qaynarinfo.Az-ın "Report"a istinadən məlumatına görə, Şahnaz Haşımova direktor vəzifəsindən azad edilib.

Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən, həmin vəzifəyə Gəncə Musiqi Kollecinin əvvəlki direktoru Gülçin Mirzəyeva təyin edilib. Gəncə Musiqi Kollecinin direktoru vəzifəsinə isə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının vəzifəsindən azad olunmuş Şahnaz Haşımova Azərbaycanın xalq artistidir və "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin bədii rəhbəridir.

Ş.Haşımova əməkdar artist Aybəniz Haşımovanın bacısıdır.

Qaynarinfo.Az