Xəbər lenti

Şahruddin ən çox seyv edən qapıçılar sırasında
08:41 09.09.2021

Şahruddin ən çox seyv edən qapıçılar sırasında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millimizin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev ən çox seyv edən qapıçıların sırasında yer alıb.
Qaynarinfo xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsinin 6-cı turunun oyunlarından sonra UEFA ən çox seyv edən qapıçıların adlarını açıqlayıb. Statistikaya əsasən 27 yaşlı qolkiperimiz 5 oyunda 29 seyvlə üçüncü pillədə qərarlaşıb.
Siyahıya 31 dəfə qapısını qoldan xilas edən San Marino yığmasının qapıçısı Elia Benedettini başçılıq edir. Lixtenşteyndən Benyamin Byuhel isə 30 seyvlə ikinci sırada yer alıb.
Millimiz ardıcıl üç oyunda Lüksemburq (1:2), İrlandiya (1:1) və Portuqaliya (0:3) seçmələri ilə qarşılaşıb.
Səbuhi Həsənov

Oxşar xəbərlər