Şahzadə Diananın qardaşı qızı Kitti Spenser özündən
iki dəfə yaşlı olan milyarder Maykl Luis ilə evlənib.
Qaynarinfo xəbər verir ki, bu haqda "Daily Mail” yazıb.
30 yaşlı Kitti ilə 62 yaşlı Mayklın toy mərasimi 23
iyulda İtaliyanın paytaxtı yaxınlığında yerləşən Fraskati şəhərindəki
Aldobrandini adlı köhnə villada baş tutub. Mərasimə bəyin üç yetkin uşağı,
dostları və digər ailə cütlükləri qatılıb.
Kitti Spenser Diananın qardaşı Çarlz Spenserin
böyük övladıdır. Qız atasından altı yaş böyük Maykl Luisi nişanlısı seçib.
Cütlük milyarderin Cənubi Afrikada Kittiyə evlilik təklifi etdiyi 2019-cu ilin
dekabrında nişanlanıb. Sevgililər 2018-ci ildə tanış olublar. Daha əvvəl Spenser
özündən 20 yaş böyük olan İtalyan əmlak maqnatı Nikkolo Barattieri di San
Pietro ilə sevgili olub.
Şərhlər