Xəbər lenti

Şair Mahir Mehdi 3 il müddətinə azadlıqdan məhrum edilə bilər
Ölkə13:10 29.02.2016

Şair Mahir Mehdi 3 il müddətinə azadlıqdan məhrum edilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şair Mahir Mehdi barəsində Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) cinayət işi başlanıb. 

Moderator.az-ın xəbərinə görə, şair sabah məhkəmə qarşısına çıxarılacaq. 

Günahı sübuta yetirilərsə, onu 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Mahir Mehdi hazırda Yevlax rayon polis şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılır

Ehtimal edilir ki, sabah onun haqqında həbs qətimkan tədbiri seçiləcək və Gəncəyə-İstintaq Təcridxanasına göndəriləcək. 

Qaynar.info