Xəbər lenti

Şair Sevinc Çılğından kitab günü
Ölkə12:25 26.04.2013

Şair Sevinc Çılğından kitab günü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şair Sevinc Çılğın "Alaçarpa" şeirlər kitabı üçün Kitab günü keçirir. Müəllifin Qaynar.info-ya verdiyi xəbərə görə, kitab günü sabah, aprelin 27-i, saat 18:00-da "Park Bulvar"ın birinci mərtəbəsində, "Əli və Nino" kitab mağazasında baş tutacaq.


Müəllif imza gününündə öz şeirlər kitabını 50 faiz endirimlə satacaq. Məqsəd "Əli və Nino" kitab mağazaları şəbəkəsinin "Qanun" nəşriyyatı ilə birgə keçirdiyi "ƏDV-yə yox deyək" kampaniyasına dəstək vermək və oxucularla görüşməkdir.

Kitab günündə müəllif oxucular üçün kitab imzalamaqdan əlavə, öz şeirlərindən də oxuyacaq. Müəllif oxucuları və kitabsevərləri təqdimata dəvət edir.

Qaynar.info