Xəbər lenti

Sakinlərə şad xəbər - FOTO
Ölkə07:21 16.04.2014

Sakinlərə şad xəbər - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının bağlanan böyük yollarından biri açılıb. 

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, Heydər Əliyev prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar şəhər istiqamətindəki bağlanmış kənar yol açılıb.

“Yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar dünən axşam saat 22:00-dan etibarən bağlanmış Heydər Əliyev prospektində metronun "Koroğlu" stansiyasından şəhərin mərkəzinə doğru aparan kənar yol artıq bu gün səhər saatlarından istifadəyə verilib”, - deyə Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yol xüsusi texnika vasitəsilə toz-torpaqdan təmizlənib. Bundan başqa, yolda xətləmə işlər aparılıb.

Qaynar.info