Qala-Pirallahı yolunda geridönmə hissəsinin yaşayış məntəqəsindən nisbətən uzaq olması sakinlərin işini çətinləşdirib.
Ppaytaxtın Xəzər rayonu, Qala qəsəbəsinin sakinləri deyirlər ki, Qala-Pirallahı yolunda geridönmə hissəsi çox uzaq olduğundan onlar məktəbə uşaqlarını aparmaqda çətinlik çəkirlər.
Sakinlər deyirlər ki, yolu uzatdıqları üçün uşaqlar dərsə gecikirlər. Bəzi hallarda şagirdlər gecikməsinlər deyə qayda pozmalı da olurlar. Bunun üçün əks yola çıxmağa görə yol polisi tərəfindən cərimə olunurlar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən ""Xəzər Xəbər""ə bildiriblər ki, həmin əraziyə baxış keçiriləcək və təhlillər aparılacaq.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər