Xəbər lenti

Sakinlərinin bank hesabından pul oğurlayan şəxs saxlanıldı
Ölkə19:56 06.01.2020

Sakinlərinin bank hesabından pul oğurlayan şəxs saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lerik rayon sakinlərinin bank hesabından pul oğurlayan şəxs saxlanılıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Lerik rayon sakini G.Qəmbərova ötən ilin iyul ayında şəhər ərazisindəki bankomatların birindən 400 manat pulunun bank hesabından çıxarılaraq oğurlandığını bildirib. 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Y.Həsənov saxlanılıb. 
Ətrafında aparılan tədbirlərlə onun ötən ilin noyabr ayında Lerik rayon sakini C.Nuriyevin 261 manatını bank hesabından çıxararaq oğurlaması da müəyyən edilib.