Xəbər lenti

Salah PSJ ilə danışıqlara başladı (FOTO)
İdman 13:22 17.01.2023

Salah PSJ ilə danışıqlara başladı (FOTO)

"Liverpul"un futbolçusu Məhəmməd Salah PSJ-yə transfer oluna bilər. 
 
Qaynarinfo xəbər verir ki, İngiltərə Premyer Liqasının son turunda "Brayton"a məğlub olan "Liverpul"un hücumçusu matçdan sonra PSJ-nin rəhbəri Nasser Al-Xeafi ilə şam yeməyində görüşüb. Mətbuata görüşlə bağlı fotolar da sızıb. 
 
Misir mətbuatında yayılan xəbərlərdədə PSJ-nin bir müddətdir Salahı transfer etmək istədiyi və danışıqların müsbət istiqamətdə getdiyi bildirilib.
 
Bu mövsüm "Liverpul"un heyətində 27 oyunda 17 qola, 6 məhsuldar ötürməyə imza atan 30 yaşlı Salahın İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->