Xəbər lenti

Sağlam ayağı kəsən həkim işdən uzaqlaşdırıldı - RƏSMİ
Ölkə18:37 24.06.2016

Sağlam ayağı kəsən həkim işdən uzaqlaşdırıldı - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəstənin ayağını səhv kəsən cərrah həkim Valeh Kərimov həkimlik fəaliyyətindən  müvəqqəti uzaqlaşdırılıb.
Lent.az-a açıqlama verən, Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzin direktoru Azər Şəmsəddinski  bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən məsələnin araşdırılması üçün yaradılmış Komissiyanın qərarı verilənə kimi Valeh Kərimova heç bir əməliyyat verilməyəcək və fəaliyyəti Mərkəz tərəfindən müvəqqəti dayandırılır: " Komissiyanın qərarı çıxana kimi ona heç bir əməliyyat verməyəcəm". 
Qeyd edək ki,  Angioloji və Mikrocərrahiyə Mərkəzin cərrah həkimi Valeh Kərimov 87 yaşlı diabet xəstəsi Tərlan Məmmədovanın iltihablı ayağı yerinə səhvən sağlam ayağını kəsib.
Qaynarinfo.az