Xəbər lenti

Saleh Novruzi məhkəmə qarşısında - Nazirlik zərəçəkmiş kimi tanınıb
Ölkə 16:20 22.07.2024

Saleh Novruzi məhkəmə qarşısında - Nazirlik zərəçəkmiş kimi tanınıb

Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin keçmiş baş direktoru Saleh Novruzi barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb. 

Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İyulun 30-a iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Rasim Sadıxovun sədrliyi ilə keçiriləcək. 

Saleh Novruzi ilə birgə onun müavini olmuş Yadulla Balışov və Mərkəzin laborotoriya şöbəsinin keçmiş müdiri Tahir Vəliyev də mühakimə olunacaq. 
Adıçəkilən şəxslər bu ilin may ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar. 

İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Saleh Novruzi və digərlərinin cinayət işi üzrə Səhiyyə Nazirliyi zərəçəkmiş qismində tanınıb.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->