Xəbər lenti

Saleh Rüstəmli aclığı dayandırdı
Ölkə10:20 16.12.2021

Saleh Rüstəmli aclığı dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həbsxanada aclıq aksiyası keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli aksiyanı dayandırıb.
Bu barədə Qaynarinfo-ya professor Adil Qeybulla məlumat verib.
"Saleh Rüstəmlinin zəifləməsi var, yavaş-yavaş o da bərpa olunacaq. Azadlığa buraxılması ilə bağlı dövlət məşğul olur. Arzu edək ki, humanist addımlar da olsun”, deyə Adil Qeybulla bildirib.
Qeyd edək ki, 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı vəzifəsində çalışmış Saleh Rüstəmli 2018-ci ildə həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü S.Rüstəmli 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Bahar Rüstəmli