Xəbər lenti

Salyanda 15 min manatlıq dələduzluq
Ölkə 18:40 20.11.2025

Salyanda 15 min manatlıq dələduzluq

Salyan rayonunda dələduzluq edən şəxsə hökm oxunub. 

Qaynarinfo xəbər verir ki, Salyan rayon sakini F.Əliyeva zərərçəkmiş şəxsə barəsində cinayət işi olan oğluna yüngül cəza təyin etdirəcəyini, ondan ayrı yaşayan nəvələrini öz analarından alaraq, atasının himayəsinə verilməsi və qızını işə düzəldəcəyini vəd edərək 15 500 manat alıb. 

Lakin F.Əliyeva verdiyi vədi yerinə yetirmədiyinə görə zərəçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. 

F.Əliyeva saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Cinayət işinə Salyan Rayon Məhkəməsində hakim Adil Vəliyevin sədrliyi ilə baxılıb.

F.Əliyeva məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, dəymiş ziyanın müəyyən hissəsini ödəyib. 

Məhkəmənin hökmü ilə F.Əliyeva 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->