Xəbər lenti

Salyanda 23 yaşlı oğlanı qətlə yetirən şəxs təslim oldu - YENİLƏNİB-FOTOLAR
Ölkə12:37 11.09.2016

Salyanda 23 yaşlı oğlanı qətlə yetirən şəxs təslim oldu - YENİLƏNİB-FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 12:30 radələrində Salyan şəhərində qətl hadisəsi törədilib. “Report”un Aran bürosunun məlumatına görə, qətlə yetirilən şəxs 23 yaşlı Davudov Ağaverdi Sakit oğludur.
Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib. Hadisəni törədən şəxs qaçıb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
*  *  * 
Bu gün Salyan şəhər sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğlunu ürək və bud nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib qaçan şəxs saxlanılıb.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, bu, 1996-cı ildə anadan olmuş Salyan şəhər sakini Qurbanov Ağaqulu Qubad oğludur. O, könüllü olaraq Salyan Rayon Polis Şöbəsinə gəlib və qətl törətdiyini etiraf edib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.
Qaynarinfo.Az