Xəbər lenti

Salyanda 3 yaşlı uşağı maşın vurub
Ölkə18:52 30.05.2016

Salyanda 3 yaşlı uşağı maşın vurub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün axşam saatlarında Salyan rayonunun Şorsulu kəndində 3 yaşlı kənd sakini Zabilli Nurlan Ərəstun oğlunu maşın vurub.
Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, uşaq həmkəndlisi Mahur Hüseynovun idarə etdiyi VAZ-21011 markalı, dövlət nömrə nişanı 27-xx-440 olan avtomaşınla vurulub.
Salyan Mərkəzi Rayon Xəstəxanasından aldığımız məlumata görə, baş nahiyəsindən xəsarət almış uşağın vəziyyəti ağırdır.
Onu da qeyd edək ki, 3 yaşlı Nurlan Zabillinin atası Salyan Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşıdır.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb.
Qaynarinfo.az