Xəbər lenti

Salyanda ağır yol qəzası: yaralılar var
Ölkə10:25 04.12.2018

Salyanda ağır yol qəzası: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Salyan rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb 5 nəfər xəsarət alıb.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, sərnişindaşıyan mikroavtobusla "Mersedes” markalı minik avtomobilinin toqquşması nəticəsində Salyan rayon sakinləri, 1969-cu il təvəllüdlü Hüsynova Məhəbbət Sabir qızı, 1964-cü il təvəllüdlü Səlimova İlhamə Qəhrəman qızı, 1959-cu il təvəllüdlü İbrahimova Səmayə Qulam qızı, 1991-ci il təvəllüdlü İbrahimova Yeganə Cahanşah qızı və 1968-ci il təvəllüdlü Zülfüqarov Mənsur İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!