Xəbər lenti

Salyanda alma ağacı həm yayda, həm də qışda bar verir (VİDEO)
Ölkə17:54 30.12.2017

Salyanda alma ağacı həm yayda, həm də qışda bar verir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Salyan rayonunda Axundovlar ailəsinin həyətyanı sahəsində əkilmiş alma ağacı hər 5 ildən bir qışda da bar gətirir.
Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, qeyri-adi hadisə Salyan şəhər sakini Fəxrəddin Axundovun həyətyanı sahəsində baş verib. Hündürlüyü 5 metrə yaxın olan alma ağacının yayda meyvəsinin yığılmasına baxmayaraq, qış fəslində ikinci dəfə bar verib.
Təsərrüfat sahibi deyir ki, alma ağacı 25 il bundan öncə əkilib. Əkildiyindən 5 il sonra ilk dəfə olaraq ikinci dəfə qışda meyvə gətirib. Ağacın qışda bar verməsi də görənlərin marağına səbəb olur.
Təsərrüfat sahibi həyətində yeganə olan bu alma ağacından əldə etdiyi yeni tinglər hesabına ağacların sayın artırmaq niyyətindəndir.