Xəbər lenti

Salyanda ana doğuşdan sonra öldü
Ölkə05:33 07.02.2021

Salyanda ana doğuşdan sonra öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Salyanda doğuşdan sonra ana ölümü baş verib.
"Report”un məlumatına görə, hadisə Salyan Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.
Belə ki, rayonun Dördlər kənd sakini, 1989-cu il təvəllüdlü Hümmətova Gülnarə Mahir qızı doğuş üçün yanvarın 5-də xəstəxanaya daxil olub. Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə qız ana bətnindən götürülüb. Lakin G.Hümmətova bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Qadının ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, qadının 3 azyaşlı usağı qalıb.
Faktla bağlı araşdırma aparılır.