Xəbər lenti

Salyanda boksçu tapança və narkotiklə tutuldu
Ölkə10:10 25.01.2017

Salyanda boksçu tapança və narkotiklə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 38 yaşlı Salyan şəhər sakini, Y.Qaqarin küçəsi, ev 10-da yaşayan İlqar Əliyevdən qanunsuz saxladığı “Naqan” tipli tapança və 20 qram həşiş götürülüb.

İlqar Əliyev keçmiş boksçudur və əvvəllər dəfələrlə respublikada keçirilən boks yarışlarının qalibi olub.

O, qanunsuz silah gəzdirdiyinə və narkotik maddələrin satışına görə dörd dəfə məhkum olunub.

İ.Əliyevin qanunsuz “razborkalar” təşkil etdiyi də deyilir.

İlqar Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi qaldırılıb.(virtualaz.org )

Qaynarinfo.Az