Qaynar.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Salyan rayonu, Seyid Sadıqlı kəndi ərazisində Akkuşa çayında 1989-cu il təvəllüdlü İran İslam respublikasının vətəndaşı Yaşar Ənhari çimərkən batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub, Y.Ənharinin cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.