Xəbər lenti

Salyanda kəndə canavar hücumu olub... İnsanlar təlaş içində
Ölkə18:24 10.03.2016

Salyanda kəndə canavar hücumu olub... İnsanlar təlaş içində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Salyanda kəndə canavar hücumu olub.

Hadisə axşam saatlarında rayonun Parça Xələc kəndində qeydə alınıb.

Canavarlar kənd sakini Saleh Əmrah oğlu Eyvazova məxsus 3 baş xırdabuynuzlu heyvanı parçalayıblar. Təsərrüfat sahibinin vaxtında müdaxiləsi yırtıcıların qaçması və daha çox tələfatın olmasının qarşısını alıb.

Hadisə yerinə gələn baytar həkimlər ölmüş heyvanlardan nümunələr götürüb, sonra heyvanlar torpağa basdırılaraq ərazidə dezinfeksiya işləri aparılıb. (report.az)

Qaynar.info