Salyan rayonunun Sarvan kəndi ərazisindən keçən Baş Mil Muğan kollektorunun üzərindəki körpü çökərək qəzalı vəziyyətə düşüb.
Nəticədə 2 zolaqlı yolun biri bağlanaraq maşınların hərəkəti məhdudlaşdırılıb.
ANS PRESS-in verdiyi xəbərə görə, hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun 72-ci kilometrliyində Salyan rayonunun Sarvan kəndi ərazisindən keçən Baş Mil Muğan kollektorunun üzərindən keçən körpüdə qeydə alınıb.
20 ildən çox fəaliyət göstərən 2 zolaqlı körpünün üzünluğu 90, eni isə 13 metrdir. Körpü çökərək qəzalı vəziyyətə düşdüyündən hərəkət zolaqlarından biri təmirə dayandırılb. Nəqliyyat vasitələri isə yalnız cənub və ya əks istiqamətdə hərəkət etmək üçün yolun bir zolağından istifadə edir. Hətta maşınların hərəkər etdiyi körpünün digər zolağında da dəmir-beton plitələrinin birində də çatlar əmələ gəlib.
Körpüdə təhlükəsizliyi təmin etmək, avtomobillərin növbə ilə ikinci zolaqdan istifadə etməsini nizamlamaq məqsədilə hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib. İndi isə materilalların gətirilməsi istiqamətində hazırlıq işləri görülür.
38 saylı yol istismarı idarəsinin baş mühəndisi Aləddin Sadıqovun sözlərinə görə, material hazırlığı başa çatdıqdan sonra dərhal körpünün təmir işlərinə başlanılacaq. Təmir işləri isə 10 gün müddətinə tam başa çatdırılacaq.
Qeyd edək ki, son 3 ildə sözügedən körpü yük maşınlarının ağırlığına tab gətirməyərək 4 dəfə uçub və yenidən təmir edilib.
Qaynar.info