Xəbər lenti

Salyanda körpü təmiri zamanı faciə: "Azərkörpü"nün əməkdaşı öldü
Ölkə07:29 27.10.2018

Salyanda körpü təmiri zamanı faciə: "Azərkörpü"nün əməkdaşı öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Salyan rayonunda körpü təmiri zamanı faciə baş verib.
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, "Azərkörpü" MMC-nin quraşdırıcı-ustası Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Əzizov Sübhan Carı oğlu Salyan rayonunun Çuxanlı kəndi ərazisindəki qəzalı vəziyyətdə olan körpünün təmiri zamanı nərdivandan yıxılıb.
S.Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.
Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.