Xəbər lenti

Salyanda Kürü belə zibillədilər - VİDEO
Ölkə06:39 24.05.2014

Salyanda Kürü belə zibillədilər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kür çayı ölkəmizin xeyli hissəsini içməli su ilə təmin edən əsas su mənbəyidir. 

Bu çaya ehtiyacımız olduğu qədər də onun ekoloji baxımdan qorunması da vacib məslədir. Lakin çayın Salyan rayonundan keçən hissələri hər bir neçə yüz metrdən bir zibilxana mənbəyinə çevrilib. Buradakı zibil yığınağının yaradan da sakinlərdi, ondan əziyyət çəkənlər də. 

Sakinlər Qaynar.info-ya deyirlər ki, məişət tullantılarını müvafiq qurumlar tərəfindən daşınmadığı üçün onlar zibillərini sonda çay sahilinə tökməyə məcbur qalırlar.

Dəfərlərlə aidiyyatı qurumlara şikayət olunsa da məsələ həllin tapmayıb. Zibillərin töküldüyü Kürsahili ərazilərdəki tez-tez sahibsiz itlər də rast gəlinir. Bu isə əlavə təhlükə deməkdir.Qeyd edək ki, Son zamanlar Kür çayının səviyyəsinin aşağa düşməsi vəziyyəti daha da ciddiləşdirib.

Belə ki, çayın sahilində bəzi ərazilərdə xirda gölməçələr yaranıb. Zibillərin Axın olmayan bu ərazilərə tökülməsi buranı əsl antisanitarya mənbəyinə çevirib.İndi Sakinlər ərazidə malariya eləcə də digər xəstəliklərin yarana biləcəyindən narahatırlar.

Mövcud məsələr ilə bağlı Salyan Komunal Müəssələr konbinatından bildirdilər ki, ərazidə zibillərin atılması üçün 406 ədəd zibil qutusu qoyulub. Tullantıların qutuya yox , Kür çayının sahilyani ərazilərinə tökülməsində isə qurum sakinləri günahlandırdı. Amma çəkiliş apardığımız ərazidə təəssfülər olsun ki, zibil qutularına rast gəldik. 

Hər halda hamı bilməlidir ki, böyük bir çay sahilinin zibillərin oylayğına çevrilməsi bütöv bir ərzinin xəstəlik mənbəyinə çevirmək təhlükəsi ilə üz-üzə qoyur. Bu xəstəliklərə kimlərinsə yoluxmamasından isə heç kim sığortalanmayıb. Necə deyərlər "Nə tökərsən aşına o çxar qaşığına..."

Qaynar.info