Xəbər lenti

Salyanda müəmmalı hadisə: Qoyunlar tapıldı, çoban yox (VİDEO)
Ölkə17:46 23.07.2026

Salyanda müəmmalı hadisə: Qoyunlar tapıldı, çoban yox (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Heyvanları qonşunun oğlu ilə birgə aparıb Xırdalanda satıb".
Qaynarinfo xəbər verir ki, bu sözləri İctimai TV-ə Salyanda 84 baş qoyunla birgə yoxa çıxan çobanın işlədiyi təsərrüfatın sahibi İlkin Rüstəmov deyib.
İ.Rüstəmov qoyunlarının 72-ni geri qaytara bildiyini qeyd edib.
"Qoyunlarımı satdığı yeri tapdım, getdim 72-ni alıb gəldim. Satdığı şəxs məndən pul istədi, dedim pulu kimə vermisənsə, get ondan al", deyə, o qeyd edib.
Çoban Ramiz Rüstəmovun yaxınları bu hadisənin ilk dəfə başlarına gəlmədiyini deyiblər. Bildirilib ki, Ramiz daha əvvəl bir-neçə dəfə də eyni hadisəni törədib, sonra isə evinə qayıdıb, amma hazırda 3-4 gündür ki, ondan xəbər yoxdur.