Xəbər lenti

Salyanda qar bir nəfərin ölümünə səbəb oldu
Ölkə06:30 23.02.2015

Salyanda qar bir nəfərin ölümünə səbəb oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Salyanın Dayıkənd kəndində qar bir nəfərin ölümünə səbəb olub.

Sakinlərin Qaynar.info-ya verdiyi məlumata görə, rayona 50 sm-ə yaxın qar düşüb. Qarın ağırlığına tab gətirməyən xeyli sayda dirək, ağac aşıb. O cümlədən həyətlərdə salınan dəmir çardaqlar da ağırlıqdan çöküb. Əhaliyə məxsus avtomobillərə ziyan dəyib. Dayıkəndin Bayram adlı sakini aşan çardağın altında qalaraq, dünyasını dəyişib.

Qaynar.info