Xəbər lenti

Salyanda şəhid dəfn olundu (FOTO)
Ölkə13:16 07.12.2020

Salyanda şəhid dəfn olundu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nicat Nağıyevin nəşi doğulduğu Salyan rayonunun Qızılağac kəndinə gətirilib.
"Report”un məlumatına görə, 2001-ci il təvəllüdlü, şəhid Nağıyev Nicat İbrahim oğlu ilə yaşadığı evdə vida mərasimi keçirilib.
Vida mərasimindən sonra şəhidin cənazəsi Qızılağac kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə şəhidin ailə üzvləri, Salyan Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Allah rəhmət eləsin!