Xəbər lenti

Salyanda yerli sakinlərlə icra hakimiyyəti arasında gərginlik
Ölkə13:54 05.08.2013

Salyanda yerli sakinlərlə icra hakimiyyəti arasında gərginlik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Salyan şəhərinin Böyükağa Talıblı küçəsinin (keçmiş PMK 9 qəsəbəsi)sakinləri ilə rayon İcra hakimiyyəti təmsilçiləri arasında gərginlik yaranıb. Bu barədə rayon sakinləri Milaz.info saytına məlumat veriblər. 

Onların sözlərinə görə, İcra Hakimiyyəti həmin küçənin asfaltlanması prosesini həyata keçirsə də 18, 21, 22 saylı binaların qarşısı asfaltlanmayıb. Sakinlər bu məsələ ilə bağlı təmir işi həyata keçirən briqadanın rəhbəri Bəxtiyar adlı şəxsə müraciət etsələr də həmin adam sakinlərlə kobud danışaraq “gedin işinizlə məşğul olun” deyib. 

Avqustun 2-də həmin binaların bir qrup sakininin rayon icra başçısının birinci müavini Etibar Hüseynovla görüşərək məsələni çözmək arzuları da nəticə verməyib. E.Hüseynov bildirib ki, “hökumətin buna gücü çatır və binaların yarımçıq qalan qarşısına asfalt örtüyü çəkilməyəcək”, - deyə o bildirib.

Hazırda B.Talıblı keçəsinin sakinləri ilə yol təmirinə nəzarəti həyata keçirən icra hakimiyyəti nümayəndələri arasında gərginlik hökm sürdüyü bildirilir. Sakinlər asfaltlanmayan əraziyə toplanıb öz hüquqlarını tələb edirlər.

Qaynar.info