Xəbər lenti

Salyanda yol qəzası: 2 ölü
Ölkə05:33 28.04.2018

Salyanda yol qəzası: 2 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında, Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində, Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb.
Belə ki, Lənkəran sakini, 1977-ci il təvəllüdlü Zaur Fəryad oğlu Hüseynovun idarə etdiyi 42-BU-105 dövlət nömrə nişanlı, "KaMAZ” markalı yük maşını ilə Neftçala rayon sakini Elmar Vəfadar oğlu Hüseynovun idarə etdiyi "Mercedes” markalı, 90-UO-631 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, habelə sərnişini - Neftçala rayon sakini İlqar Əbil oğlu Abbasov hadisə yerindəcə ölüb.
Hər iki meyit morqa gətirilib. 
Faktla bağlı araşdırma aparılır.