Ölkə 22:44 15.10.2022

Salyanda yol qəzası baş verib, doqquz yaralı var

Salyanda baş verən yol qəzasında 9 nəfər xəsarət alıb.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.