Xəbər lenti

Salyanda yol qəzası baş verib, iki nəfər ağır yaralanıb
Ölkə14:45 15.08.2016

Salyanda yol qəzası baş verib, iki nəfər ağır yaralanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Salyan rayonunda ağır yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bir neçə dəqiqə bundan əvvəl Ələt-Astara magistral yolunu rayonun Noxudlu kəndinə gedən yolun yaxınlığında qeydə alınıb.

Belə ki, “VAZ-21015” markalı avtomobil “KAMaz” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində 2 nəfər ağılr yaralanıb. Onların soyadları bilinməsə də, birinin adının Yasər, digərinin isə Rəsul olduğu dəqiqləşdirilib.

Əlavə məlumat veriləcək.

Qaynarinfo.Az