Xəbər lenti

Şamaxı-Qızmeydan yolunda təhlükəli vəziyyət yaranıb (FOTOLAR)
Ölkə10:06 27.01.2018

Şamaxı-Qızmeydan yolunda təhlükəli vəziyyət yaranıb (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şamaxı-Qızmeydan avtomobil yolunda güclü qar yağışı səbəbindən nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən yağan güclü qar yolun, əsasən, 1, 8, 11, 12 kilometrliklərində problemlər yaradıb.  
Şosenin 9 km-də nəqliyyatın hərəkəti tamamilə məhdudlaşıb, yolun 5 km-lik dolaylı hissəsi buz bağlayıb. 
Yolun qardan təmizlənməsi üçün Azərbaycan Avtomobil Dövlət Yolları Agentliyinin 8 saylı Məhdud Məsuliyyətli Cəmiyyətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. 
Yol qardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub.