
AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın strukturunda bəzi kadr dəyişiklikləri müzakirə olunacaq.
Qaynar.info "Report"-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, AMEA-nın müxbir üzvü Əyyub Quliyev akademiyanın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib.
Qərara əsasən, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Rəsədxananın direktor vəzifəsini icra edən təyin olunub.
Eyni zamanda, akademik Adil Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad edilib.
Fizika elmləri doktoru Oqtay Səmədov institutun direktoru vəzifəsini icra edən təyin olunub.
Qaynar.info

