Xəbər lenti

Şamaxıda torpaq uçqunu: ölənlər var
Ölkə06:13 18.03.2014

Şamaxıda torpaq uçqunu: ölənlər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şamaxı rayonu, Əngərxan kəndi (rayon mərkəzindən 6 km aralı) ərazisində uçqun hadisəsi baş verib.

Qaynar.info FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, su kanalizasiya xətti çəkilişi zamanı qazıntı işləri aparılan zaman işçilər 1970-ci il təvəllüdlü Aydın Vaqif oğlu Şirəliyev və 1971-ci il təvəllüdlü Müslüm Abı oğlu Söhbətov torpaq uçqunu altında qalıblar.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müxtəlif alət və avadanlıqlar vasitəsilə cəsədləri torpağın altından çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Qaynar.info