Xəbər lenti

Şamaxıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün unudulmaz gün (FOTOLAR)
Ölkə08:36 27.08.2019

Şamaxıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün unudulmaz gün (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şamaxı rayonunda xüsusi qayğıya ehtiyacı olan əlil uşaqlar üçün zəngin bədii, intellektual proqramı olan tədbir keçirilib. Tədbirdə rayonda xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edilib, gələcəkdə bu kimi sosial layihələrin davamlı olacağı vurğulanıb.
Tədbirdə iştirak edən uşaqlar müxtəlif yarışlarda iştirak ediblər, qaliblərə hədiyyələr təqdim olunub. Sonda iştirakçılar musiqili-əyləncəli proqrama qatılaraq olduqca xoş anlar yaşayıblar.
Övladlarının unudlmaz bir gün yaşadıqlarını deyən valideynlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.