Xəbər lenti

Samir Şərifov onu niyə qoruya bilmədi? - Belnəlxalq Bank işi
Ölkə08:24 12.04.2017

Samir Şərifov onu niyə qoruya bilmədi? - Belnəlxalq Bank işi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təxminən 4 ay əvvəl – ötən il dekabrın 8-də AzərbaycanBeynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Elmar Məmmədovgözlənilmədən vəzifəsindən kənarlaşdırılsa da, bu çox mühüm hadisənidoğuran səbəblər indiyədək ictimaiyyətdən gizli saxlanılır.
Hər halda bu günəcən nə bankdan, nə də dövlət adından bu bankınsahibi qismində çıxış edən Maliyyə Nazirliyindən hər hansı rəsmiaçıqlama verilməyib.
Ancaq cəmi 1 il 4 ay əvvəl Beynəlxalq Bankın rəhbərliyinəgətirilmiş bir şəxsin qəflətən istefaya göndərilməsini zəruri edən ciddisəbəblərin olduğu şübhə doğurmur. Bunu həm məlumatlı dairələrin ElmarMəmmədovun qəfil istefasından sonra mətbuata ötürdükləri məlumatlar, həmdə sabiq sədrlə bağlı prosesin hələ də davam etməsi sübut edir.
Belə ki, "AzPolitika.info”ya daxil olan məlumata görə, ElmarMəmmədovun Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdəki fəaliyyətiniaraşdıran komissiya, onun 1 il 4 ay ərzində bankda həyata keçirdiyi"əməliyyatlar” nəticəsində külli miqdarda qazanc əldə etdiyinimüəyyənləşdirib. Bu məbləğ, təxminən, 170 MİLYON MANAT təşkil edib. Bizəverilən məlumata görə, Elmar Məmmədovdan həmin vəsaitin geriqaytarılması tələb olunub. 
Məlumatlı dairələr isə Elmar Məmmədovun Beynəlxalq Bankarəhbərlik etdiyi qısa müddətdə bir neçə istiqamətdə həyata keçirdiyi"qara əməliyyatlar” nəticəsində dövlətə dəyən ziyanın göstəriləndəndəfələrlə yüksək olduğunu iddia edirlər. 
Bunlardan biri kimi Elmar Məmmədovun dövlətə məxsus valyutanı "qarabazar”da satışa çıxararaq, özünün, ətrafının və himayədarlarının küllimiqdarda qazanc əldə etməsinə şərait yaratması göstərilir (Qeyd edək ki,ABB-də Maliyyə Nazirliyinin payı 2014-cü ilin sonunda 51%, 2015-ci ilinsonunda 85% olub.).
Yada salaq ki, ikinci devalvasiyadan sonra, xüsusən də dollarqıtlığının yaşandığı ötən ilin payız aylarında valyutanın alqı-satqısıtam olaraq "qara bazar”ın əlinə keçmişdi. "Qara bazar”a isə pulun əsasənnəzarət-səhm paketi dövlətin əlində olan banklardan – BeynəlxalqBankdan və "Azər-Türk Bank”dan ötürüldüyü heç kəsə sirr deyildi. Həttamillət vəkili Yevda Abramov Milli Məclisdə çıxışında xüsusi maşınların(banklara məxsus inkasatorların-müəl.) baqajlarında külli miqdardadollar vəsaitlərinin "qara bazar”a çıxarıldığını, eyni gündə 4 saatiçində dolların 5 manat fərqlə alınıb-satıldığını öz gözləri iləgördüyünü qeyd etmişdi.
Yəni dövlətə məxsus valyuta ilə, nəzarət paketi dövlətin əlindəolan iki bankın rəhbərləri valyuta alveri edərək, böyük pullarqazanırdılar. Hansı ki, hər iki banka nəzarət maliyyə naziri SamirŞərifov tərəfindən yaxın dostu Elmar Məmmədova həvalə edilmişdi.
Məhz Samir Şərifovun təqdimatı və himayəsi altında Elmar Məmmədov2015-ci ilin iyulunda Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsinəgətirilmişdi. Elmar Məmmədov "Azər-Türk Bank”ın sədri olanda onunmüavini vəzifəsində çalışan Fərhad Adıgözəlov isə həmin bankın rəhbəritəyin olunmuşdu. Ancaq tam arxayın olmaq üçün, Elmar Məmmədov "Azər-TürkBank”ın faktiki idarəçiliyini qardaşına etibar etmişdi.
Belə ki, Beynəlxalq Banka keçər-keçməz – 2015-ci ilin avqustundaE.Məmmədov "Bank Technique” ASC-nin "Mərkəz” filialının direktoruvəzifəsində işləyən qardaşı Əhməd Məmmədovu (Vaxtilə Hacı Məmmədovunbandası tərəfindən oğurlanan-müəl.) ordan çıxararaq, "Azər-Türk Bank”ınVİP filialının müdiri vəzifəsinə gətirir. Bankda faktiki bütün işlərənəzarət də məhz Ə.Məmmədov tərəfindən həyata keçirilir.
E.Məmmədovun Beynəlxalq Banka zərbə vurmaqla, şəxsi qazanc əldəetməsinin ikinci istiqaməti kimi bankın pullarını "şapka prinsipi” ilədağıtması göstərilir. Bu haqda bir müüdət əvvəl "strateq.az” saytıməlumatlı mənbəyə istinadla diqqətçəkən bir xəbər yaymışdı. SİTAT: "O,hələ keçmiş Əmanət Bankı dövründə illərlə atasından öyrəndiyi "şapka”prinsipini Beynəlxalq Banka gətirdi. Məhz Elmar Məmmədovun sədrliketdiyi 1 il 4 ayda Beynəlxalq Bankın tarixində ilk dəfə ipotekakreditlərinə və əmək haqqına verilən kreditlərə görə 15% "şapka” alındı.Üstəlik, bankın gələcəyi riskə qoyularaq, Neft Fondundan xarici valyutailə alınan kreditlər manata çevrilərək illik 8%-lə 15-20 illiyə ElmarMəmmədovun yaxın adamlarına ipoteka kreditləri verildi. Əhalidən manatlaalınan əmanətlərə isə illik 15% vəd edən bankın ipoteka kreditlərinə bucür yanaşması anlaşılmaz olduğu qədər bir çox mətləbləri də gün işığınaçıxarırdı”.
Yəni, E.Məmmədov rəhbərliyə gətirildikdən sonra dövlətin BeynəlxalqBankı sağlamlaşdırmaq üçün ayırdığı vəsaitləri, "şapka”sını almaqla(təkcə Neft Fondu Beynəlxalq Bankda 1 milyard dollarlıq depozityerləşdirmişdi), ipoteka kreditləri və sair adlarla yaxın adamlarınapaylayıb. Bu zaman nəzarətçi funksiyasını yerinə yetirən MaliyyəNazirliyi isə, Cahangir Hacıyevin dövründə olduğu kimi, BeynəlxalqBankda baş verənlərdən yenə də "xəbərsiz olub”. Lakin bu iki"xəbərsizlik” arasında çox ciddi fərq var idi. Əgər birinci haldaMaliyyə Nazirliyinin, bir qədər də konkretləşdirsək, nazir SamirŞərifovun Cahangir Hacıyevə gücü çatmırdısa, ikinci halda BeynəlxalqBankda baş verənləri görməzlikdən gəlmək cənab nazirin sadəcə olaraq,işinə yarayırdı. Nədən ki, E.Məmmədov nəinki onun kadrı, həm də dostu vəbiznes ortağı idi.
Bu dostluq isə uzaq 90-cı illərdən – Samir Şərifov Mərkəzi Bankınvalyuta şöbəsinin rəisi işlədiyi dövrdən başlamışdı (Yeri gəlmişkən, buiki maliyyəçi dostun xarici ölkələrdə də şərikli bizneslərinin olduğubildirilir. Onların İstanbulda – Beşiktaş rayonunda şərikli TicarətMərkəzləri, Moskvada obyektləri olduğuna dair məlumatlar var.). Sonrakıillərdə bu dostluq hər ikisinin işinə yaramışdı. Məhz Şərifovun himayəsivə tədimatı ilə E.Məmmədov o zamanlar nəzarət-səhm paketi dövlətdə olan"Kapital Bank”a gətirilir – 2005-ci ildən bankın İdarə Heyətinin sədrmüavini, 2009-cu ildən isə sədri olur. 2009-ci ildən 2013-cü ilə qədərisə sədri olduğu "Kapital Bank”da Elmar Məmmədov özünün şəbəkəsiniqurur. Və bu şəbəkə hesabına sovet dövrü əmanətlərinin qaytarılmasındakımaxinasiyalardan tutmuş, kreditlərin verilməsinə qədər, bir çox"əməliyyatlar” həyata keçirir.
Bu "əməliyyatlar” ifşa olunduqdan sonra "Kapital Bank”danuzaqlaşdırılan Elmar Məmmədovu Samir Şərifov yenə işsiz qoymur. Bu dəfəonu nəzarət-səhm paketi Maliyyə Nazirliyinin timsalında dövlətə məxsusolan digər bir banka – "Azər-Türk Bank”a rəhbər gətirir. CahangirHacıyev həbs edildikdən sonra – 2015-ci ilin iyulunda yenə SamirŞərifovun təqdimatı ilə Beynəlxalq Banka rəhbərlik Elmar Məmmədovatapşırılır.
Bundan sonrası isə məlumdur – qısa zamanda böyük maxinasiyalarbaş verir və Elmar Məmmədov vəzifədən götürülür. Hətta bəzi məlumatlaragörə, qısa müddət nəzarət altına da alınır. Burdan isə Beynəlxalq Bankarəhbərlik etdiyi müddətdə qanunsuz yollarla əldə etdiklərini qaytarmaqşərti ilə, sərbəst buraxılır…
Bu iddianın nə qədər doğru olduğunu deyə bilmərik. Ancaq SamirŞərifovun bu dəfə dostu və biznes şəriki Elmar Məmmədovu xilas edəbilməməsi diqqətdən yayınmadı.
Bu, təəccüb doğursa da, təsadüfi deyildi. Hökumətə yaxınmənbələrdən "AzPolitika”ya verilən məlumata görə, buna səbəb SamirŞərifovun özünün vəziyyətinin o qədər də ürəkaçan olmamasıdır. Ölkədəki 2kəskin devalvasiyanın müəllifi olan nazirin Prezidentin yanındaetimadını itirdiyinə dair məlumatlar var. Məhz maliyyə nazirinin təkidiilə manatın ucuzlaşdırılmasının ölkədə maliyyə xaosu yaratması və SamirŞərifovun ətrafının bundan istifadə edərək böyük pullar qazanmasıfaktının üzə çıxması nazirin mövqelərinə sarsıdıcı zərbə vurub.
Bura birbaşa vəzifəsi olmasına baxmayaraq, Beynəlxalq Bankvasitəsilə milyardlarla dollar vəsaitin talanmasının qarşısını alabilməməsinin, əksinə, yaxın adamının bu talanda iştirak etməsinin dəaşkarlandığını əlavə etsək, Şərifovun "oyundankənar” vəziyyətədüşməsinin səbəbləri aydın olar. Təsadüfi deyil ki, manatın sürətlədəyərdən düşməsi prosesinin saxlanılması da Samir Şərifovun banksektoruna nəzarətdən kənarlaşdırılmasından sonraya təsadüf edir. Buhaqda əlavə yazımız olacağından üzərində geniş dayanmırıq.
Ancaq qeyd edək ki, maliyyə-bank sektorunda yüksəlişi SamirŞərifovla bağlı olan Elmar Məmmədovun qəflətən "vurularaq” sıradançıxarılması və hətta "qara siyahı”ya salınması maliyyə nazirinin dəbütün limitləri tükəndirdiyinə bir işarədir.
Bu baxımdan, Elmar Məmmədovun həbs edilməyərək, sərbəstburaxılmasını Şərifovla deyil, hakimiyyətdə hələ də nüfuzunu qoruyanqudası – "Azərişıq” ASC-nin rəhbəri Baba Rzayevlə bağlayanları haqsızsaymaq olmaz. Hər halda proseslərin gedişi, daxil olan məlumatlar və başverənlərin təhlili Samir Şərifovun indi yalnız özünü xilas etməkhaqqında düşündüyünü söyləməyə əsas verir.
Bacaracaqmı, bunu zaman göstərəcək!

Qaynar.Az
Mənbə: Azpolitika